Ukrayana Belqorada zərbələr endirdi: 8 yaralı

10-05-2024, 01:15
49

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Ukrayan-Rusiya müharibəsi öz şiddəti ilə davam edir. Strateji.az "haberler.com" saytına istinadən xəbər verir ki, hər iki tərəf bir-birinin şəhərlərinə raket və PUA-larla zərbələr endirirlər. 

Bu gün Ukrayna ordusu Belqorod şəhərinə zərbələr endirib. Şəhər rəhbəri Vyaçeslav Qladkov bildirib ki, hücumlar zamanı 8 nəfər yaralanıb. Yaralananlardan biri 11 yaşlı qız uşaqdır. Hücum zamanı şəhərdə 19 binadakı 34 mənzilə ziyan dəyib. Hücum zamanı 37 minik avtomobilidə zərər görüb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, hava hücumundan müdafiə sistemlərinin RM-70 reaktiv yaylım atəş sistemi ilə atılan 15 raketlə bir pilotsuz uçuş aparatını məhv edilib. Açıqlamada, həmçinin Ukrayna sərhədinə yaxın Kursk bölgəsində 3, Bryansk bölgəsində isə 2 pilotsuz uçuş aparatının vurulduğu bildirilib.

Ukrayna ordusu Krasnadar şəhəri yaxınlığında bir yanacaqdoldurma məntəqsinə də zərbələr endirib. Yancaqdoldurma məntəqəsində yanğın çıxıb və bir neçə tank ziyan görüb.

Ukrayan tərəfi isə hələlik baş verənlər barədə açıqlama verməyib.


//Aytən Əsgərova, Strateji.az