"Milan" axtardığı hücumçunu Fransada tapdı

23-04-2024, 00:07
48

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu mövsüm çempionluq mübarizəsindən uzaq qalan İtaliya nəhəngi "Milan" növbəti mövsüm üçün axtarışlara başlayıb. Strateji.az "sporx" saytına istinadən xəbər verir ki, "rossonerler" mövsümün sonunda  Olivye Jirunu göndərməyə hazırlaşır.

"Qırmızı-qaralar" artıq ona alternativ də tapıb. "Milan" Fransanın "Lill" klubunda forma geyinən Conatan Davidi heyətinə qatmaq istəyir. Davidin özü də bu transferin baş tutmasına müsbət baxır. Ancaq o "Milan"ın yüksək məbləğdə transfer ödəməsini istəyir. 

Qeyd edək ki, David bu mövsüm "Lill"in heyətində 42 oyunda 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


//Nəzərbəy Hacıağayev, Strateji.az