İsrail-Livan sərhəddində partlayış: 4 yaralı

15-04-2024, 17:25
60

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


İsrail-Livan sərhəddində partlayış baş verib. Strateji.az "haberler.com" saytına istinadən xəbər verir ki, İsrail tərəfi partlayışın hansı səbəbdən baş verdiyinin məlum olmadığını bildirib.

Hadisə zamanı 4 İsrail əsgəri yaralanıb. Yaralanan əsgərlər xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Hizbullah tərəfdən də açıqlama gəlib. Hizbullah sözügedən partlayışın məsuliyyətini öz üzərinə götürüb. Onlar qeyd ediblər ki, partlayış Hizbullahın sərhəd əraziyə döşədiyi minalara görə baş verib.


//Aytən Əsgərova ,Strateji.az