“Toy olsa da, olmasa da, mənə dəxli yoxdur, kənd adamıyam”

29-06-2021, 22:55
250


Mən belə başa düşürəm ki, işlər elə toyla bağlıdır. Deyir ki, ayının bir oyunu var, o da toyun başındadı".

Bunu moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. E.Abdullayeva toy məsələsiylə maraqlanmadığını bildirib:

"Nə bilim vallah. Neçə gündü məni soyuq necə tutubsa, nə toy, nə də vay yadıma düşür. Necə istəyirlər elə də toyları etsinlər. Nə sizin, nə də mənim sözümlə nəsə dəyişəsi deyil. Bununla bağlı heç bir fikrim yoxdu, guya ki, iki ildi baxan var, nəsə desəm, düzələcək?! Mən belə başa düşürəm ki, işlər elə toyla bağlıdır. Deyir ki, ayının bir oyunu var, o da toyun başındadı. Onsuz da aclığa öyrənən adamlarıq, bizim üçün fərqi yoxdu, atam. İki il yarımdı pandemiyadı acından ölmürük ki. Allah bu boğazı deşibsə, harda var dolandıracaq. Başa düşürsünüz?".

Xanəndə Rusiyada verdiyi böyük konsertindən də danışıb və media nümayəndələrindən gileylənib:

"Piterdə böyük, 1400 nəfərlik qələbə konserti verdim, amma heç bundan yazan olmadı. Amma orda donbalaq aşsaydım, indi hamı yazmışdı. Biz haçan özümüzə gələcəyik?! Bir tarix yazdıq, dünya məşhurlarının konsert verdiyi bir sarayda konsert verdim və özü də pandemiya dövründə. Yəni nə qədər ki, belə gedəcək ona görə də dünya dağılacaq. Haqsızlığı Allah götürməz".

Əməkdar artist toylardan pul qazanmadığını bildirib və ona görə də onun üçün bunun heç bir fərqi olmadığını bildirib:

"Allah hamının köməyi olsun. İnşallah mal-heyvan otarıb başımızı saxlayarıq. Toy olsa da, olmasa da mənə dəxli yoxdu, mən kənd adamıyam. Mənim toydan çörəyim çıxmır. Ailəm var, hamının ailəsi kimi qazanıb məni, balalarımı dolandırır. Nə vecimədi, toy oldu mənə nə, olmadı mənə nə".

//milli.az