Xalq artisti: "Ailə qurmaqdan vaz keçdim"

22-12-2015, 16:08
377

Xalq artisti: "Ailə qurmaqdan vaz keçdim"Doğrusu, mən özüm ailə qurmaq istəmədim.

Bu sözləri xalq artisti Nisə Qasımova şəxsi həyatı haqda danışarkən deyib. Müğənni hər şeyi zamanın ixtiyarına buraxmaq lazım olduğunu bildirib:
 
"Mən özüm ailə həyatı qurmaqdan vaz keçdim. Amma insan yaşlanmağa başlayanda hər şeyi - xoşbəxtliyi, səadəti, dostluğu ailədə görür. Əgər sevgi  alınmırsa, deməli, qismət deyil, belə məsləhət imiş. Həyatda məcbur heç nə olmur. Buna görə də ağlamağa, əzab, əziyyət çəkməyə ehtiyac yoxdur. Allah nə yazıbsa, o da olacaq".

   //axar.az