"Evdə Tək" böyüyüb taksi sürücüsü oldu

19-12-2015, 12:19
476

"Evdə Tək" böyüyüb taksi sürücüsü oldu Əfsanəvi "Evdə Tək” kinosunun baş qəhrəmanı Kevin obrazında tanınan Makoley Kalkin yeni serialda çəkilib.

Aktyor DRYVRS veb serialında epizodların birində böyümüş Kevin kimi obraz yaradacaq.

35 yaşlı Kalkin serialda avtomobilini idarə edə bilməyən taksi sürücüsü olacaq.

"Evdə Tək” filminin ulduzu serialda sərnişinlərdən biri ilə özü haqqında danışıb. O, uşaq vaxtı psixoloji zərbə almasını və valideynləri onu evdə yadından çıxarıb tək qoyduqlarını deyib.

"Mən evimi 2 başı xarab oğrulardan qorumuşam. Mən hələ uşaq idim. Bu vaxta kimi keçəl kişi mənim kabus yuxularıma girir” aktyor serialda taksini dayandıran əli silahlı adama danışıb.

"Evdə tək" filmi 1990-cı ildə çəkilib. Komediya janrında çəkilmiş film dünyanın ən tanınmış və baxılan filmlərindən biri hesab olunur. Hər il Yeni il ərəfəsində filmə milyonlarla adam baxır.

  //ANS Press