Məşhur aktrisa nişanlandı

27-11-2015, 22:19
387

Məşhur aktrisa nişanlandıTürkiyənin məşhur aktrisası nişanlanıb.

2 il sevgili olan Kadir Doğulu ilə Neslihan Atagül nişanlanıblar. "Möhtəşəm Yüz il Kösəm” serialında oynayan Kadir Doğulu ilə "Qara Sevda”nın qəhrəmanlardan biri olan Nesilhan Atagül sadə üzük taxma mərasimi ediblər

Tanınmış artistlərin xüsusi günündə yaxın dostları iştirak ediblər. Onlar xoş günlərində çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb.

Bir müddət əvvəl məşhur türk aktrisası Fahriye Evcenin sevgilisi Burak Özçiviti tərəf müqabili Neslihan Atagülə qısqanması xəbərləri gündəmə gəlib. Burak Özçivitin hazırda çəkildiyi serialda sevgilisi rolunu Neslihan Atagül ifa edir.

Onların film boyu olduqca səmimi səhnələri belə şayiələrin yayılmasına əsas verib. Fahriye Evcenin son günlər tez-tez çəkiliş məkanına getməsi bu səhnələri gördükdən sonra sevgilisini qısqanması ilə əlaqələndirilirdi.

Bu nişan mərasimindən sonra bütün şayiələr yox oldu. Neslihan Atagülün sevgilisi Kadir Doğulu ilə xoşbəxt olduğu qeyd olunur.

   //ANS Press