Ceyms Bondun macəraları haqqında yeni film çəkilir

31-08-2019, 13:50
296


Məşhur Agent 007 haqqında yeni filmin ilk səhnələrində İtaliyanın Apuliya regionunun Qravina şəhərində qədim akveduk körpüsünü görəcəyik.

Filmdə Ceyms Bond Apuliyada təyyarədən yerə enir. Bu günlər gözəl Qravina məşhur məxfi agentin qəhrəmanlıqlarına həsr olunmuş filmlər silsiləsində 25-ci seriyanın - "Ölməyə vaxt yoxdur" filminin çəkiliş meydanına çevrilib. Bu dəfə Ceyms Bond rolunda beşinci və sonuncu dəfə Deniel Kreyq çəkiləcək.

Səhnələr şəhərin rəmzi olan və Qravina çayının iki sahilini birləşdirən 37 metr hündürlüyündə və 90 metr uzunluğunda akveduk körpüsündə çəkilib. Təhlükəli səhnələrdə Kreyqi əvəz edən kaskadyor dərədən şəhərin köhnə hissəsinə aparan əzəmətli tağ konstruksiyasından suya tullanaraq onun dərinliklərinə dalır.

Çəkilişlər bütün sentyabr ərzində davam edəcək. Çəkiliş heyəti Qravinadan sonra İtaliyanın cənubunda yerləşən ikinci dilbər guşəyə - Materaya yollanacaq.

//AzərTAc