"Simpsonlar" cizgi filmi özünün qürub dövrünü yaşayır

12-04-2019, 14:48
292


30 ildir ki "Simpsonlar" cizgi filmində Liza adlı qəhrəmanı səsləndirən aktrisa Yeardley Smith hesab edir ki, filmin buraxılışını dayandıracaqlar.

Bu barədə ABŞ-ın "The Hollywood Reporter" jurnalı yazıb.

Aktrisa bildirir ki, "Simpsonlar" ailəsi qürub dövrünü yaşayır, çünki Fox telekanalında translyasiya olunan serialın hüquqları "21st Century Fox" holdinqindən "Disney" kinostudiyasına ötürülüb.

"Mən səhv edə bilərəm, ancaq hiss edirəm ki, onlar serialı bağlayacaqlar", - deyə Y. Smith əlavə edib.

Buna baxmayaraq "The Hollywood Reporter" bu hadisəni şayiə və spekulyasiya adlandırıb.

Qeyd edək ki, "Simpsonlar" Amerika televiziya tarixində ən çox serialı olan cizgi filmidir.

//AzərTAc