Azərbaycanlı aparıcı itinə ad günü edib - "Aşkım, ad günün mübarək" - VİDEO

1-03-2019, 08:09
408


Qalmaqallı aparıcı Sərxan Kərəmoğlu itinə ad günü edib.

Kərəmoğlu sevimli iti üçün xüsusi olaraq tort alıb. Aparıcı tortun üzərində şamları yandıraraq balaca dostuna sürpriz edib.

Sərxan Kərəmoğlu videoya çəkdiyi görüntüləri sosial şəbəkədəki hesabında paylaşaraq "Aşkım, ad günün mübarək. Çox insanlardan sədaqətli itim mənim" sözlərini yazıb.

Aparıcının bu addımı sosial şəbəkədə tənqid edərək: "Pulları çoxdur, bilmirlər pullarını hara xərcləsinlər" kimi şərhlərdə yazıblar.

Bəzi izləyicilər isə onun heyvan sevgisinin təqdirə laiq olduğunu da bildiriblər.
Videonu izləmək üçün şəklə klikləyin:
Sərxan Kərəmoğlu itinə ad günü etdi
//Ölkə.az