Bergüzar və Halit bu foto ilə sərvət qazanacaq

16-02-2018, 15:34
174


Türkiyədə inşaat şirkətlərindən biri aktrisa Bergüzar Korel və həyat yoldaşı Halit Ergençin oynadığı "Min bir gecə" serialından bir şəkli icazəsiz reklamlarında istifadə ediblər.

Bu səbəbdən həmin şirkət aktyorlar tərəfindən məhkəməyə verilib.

Hadisə 2008-ci ildə baş verib və əvvəlcə Bergüzarla Halit şirkətdən 500 min lirə tələb etsə də, sonradan proses uzandığı üçün məbləğ 1 milyona qaldırılıb.

Artıq qərar çıxarılıb və 10 ildən sonra tikinti şirkətinin zərərçəkmişlərə 1 milyon lirə ödənilməsi tələb olunub.

//Axsam.az