Azərbaycanlı aktrisa Kıvanç Tatlıtuğu qabaqladı

9-09-2015, 15:43
572

Azərbaycanlı aktrisa Kıvanç Tatlıtuğu qabaqladı
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə dünya səviyyəli serialda rol alıb.

Türkiyədə fəaliyyət göstərən aktrisa baş rollarında Şon Bin, Ali Larter, Tina Majorino kimi adların yer aldığı "Legends" ("Əfsanələr") serialının yeni mövsümündə qonaq oyunçu kimi iştirak edəcək. Artıq ekran işinin Nəsrinin iştirak etdiyi yeni seriyasının treyleri yayılıb.

"Legends"in baş rol ifaçısı aktyor Ş.Bin bundan əvvəl "Game of Thrones" ("Taxt oyunları") serialında Ned Stark rolunda oynayıb.

Qeyd edək ki, Türkiyə mediasında bir ildir ki, aktyor Kıvanç Tatlıtuğun ABŞ-ın "Vikings" serialında çəkiləcəyi xəbərləri yayılsa da, məlumatlar hələ də təsdiqini tapmayıb. Bu mənada N.Cavadzadə Kıvançı qabaqlamış olub.

Xatırladaq ki, Azərbaycan əsilli Nəsrin Cavadzadə 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının "Ən Yaxşı Qadın aktrisa" mükafatına layiq görülmüşdü.

   //axşam.az