Tanınmış aktrisa rejissorla nişanlandı

19-05-2017, 15:24
30


"İnferno" və "Ulduz müharibələri" filmlərinin qəhrəmanı Felisiti Cons rejissor Çarlz Qardla nişanlanıb.

Nişan barədə məlumat mediaya tanınmışların yaxınları tərəfindən sızıb.

Xatırladaq ki, Felisiti tanınmış heykəltəraş Ed Fornileslə 10 il sevgili olub. Cütlük sevgi romanlarına 2013-cü ildə son qoyub.

Consla Qard isə indiyədək ictimaiyyət arasına birlikdə cəmi bir dəfə çıxıblar.

//Axsam.az