Azərbaycanlı model:“Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər"

19-05-2017, 13:28
403


ATV-nin "Özünə bax” dəb layihəsi, "Miss Bikini of Baku” model müsabiqəsi və Türkiyənin "TV 8” telekanalının "Bu tarz benim” layihəsinin qalibi Merilin Rzayeva Yeniçağ.az-a müsahibə verib.

O, xoşagəlməz təkliflər aldığını və ölümlə hədələndiyini söyləyib.

"Vəzifəli şəxslər, iş adamları deyirlər ki, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Qızım var, uşağıma görə çox qorxuram. Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik. Təhdidlərdən bezmişəm”, - deyə model vurğulayıb.

"Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib. Yaxşı bir insan tərəfindən evlilik təklif gəlsə, ailə quracağam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram”, - deyə o, sözlərinə əlavə edib.

//Baku.ws