11 yaşlı oğlanın istedadı heyran edir

3-04-2017, 16:20
189

11 yaşlı oğlanın istedadı heyran edir Bu uşağın fenomenal istedadı var. Düşününürəm ki, o, müvafiq təhsil alaraq təcrübə toplayarsa, dünyanın ən məşhur, tanınmış dirijorlarından biri ola bilər.

Bunu dünyanın ən məşhur dirijorlarından biri Saymon Raytl söyləyib.

İngiltərənin Nottingem şəhərində yaşayan 11 yaşlı Metyu Smit vunderkind, fenomenal istedad sahibidir. 11 yaşlı bu oğlan dünən Nottingem Kral Simfonik Orkestrinə dirijorrluq edib.

75 nəfərlik orkestr balaca Metyunun rəhbərliyi ilə İoahann Ştrausun "Die Fledermaus" əsərini ifa edib.

Nottingemdəki Kral Konsert Zalındakı konsertdə 1300 tamaşaçı vardı.

Metyunun anası Beverlin Raylinin dediyinə görə, özünü ən bəxtəvər insan sayır.

Balaca oğlanın istedadı 4 il əvvəl, onun 7 yaşı olanda aşkarlanıb. Metyu kilsədə çıxış edən iki skripkaçını görəndə "Mən də belə olmaq istəyirəm" demişdi.

Metyunun anası, 40 yaşlı Beverlin Rayli də oğlunu şəhərdəki tanınmış skripka müəlifi Derek Uilyamsın yanına aparıb və ildə 4227 funt-sterlinqin müqabilində skripka dərsinə yazdırıb.

"Evdə dolabda tapdığımız köhnə skripkanı da aparmışdıq. Metyu skripkanı əlinə alan kimi usta sənətçilər təki tutdu, bunu da Derek Uilyams təriflədi və onu qəbul etdi", - Beverlin Rayli deyib.

Metyu anası və 16 yaşlı qardaşı Deniellə birlikdə Nottingemin cənub həndəvərində yaşayır.

 //milli.az