Kökəldikdən sonra daha çox şöhrət qazandı - FOTOLAR

31-03-2017, 23:11
563

 Kökəldikdən sonra daha çox şöhrət qazandı - FOTOLARLiza Qolden Bojvani adlı amerikalı model İnstaqram səhifəsində 4 il əvvəlki görüntüsü ilə hazırkı görüntüsünü paylaşaraq hər kəsi təəccübləndirib.

2013-cü ildə modellik karyerasının zirvəsində olan Liza bədən quruluşunu eyni saxlamaq üçün gündə 500 kaloridən artıq yemək yemədiyini qeyd edib.

Gün ərzində sadəcə 5 ədəd buxarda bişən paxla ilə qarnını doyuran Qolden bir gün aclıqdan başı giccəlləndikdən və yıxıldıqdan sonra həyatını dəyişmək qərarına gəlib.

Sağlam olmağı karyerasından üstün tutan Bojvani həmin gündən istədiklərini yeyib və kökəlib. Lakin modelin əsl şöhrəti kilo aldıqdan sonra başlayıb.

Belə ki, Liza kökəldikdən sonra model kimi daha çox şirkət tərəfindən təklif alıb.

 



























  //Axsam.az