Məşhur serialın erkən bitməsinin səbəbi bilindi: gizli eşq

10-03-2017, 22:36
235

Məşhur serialın erkən bitməsinin səbəbi bilindi: gizli eşq Türkiyənin baxımlı seriallarından olan "Kiralık Aşk"ın bitməsi ilə bağlı təəccübləndirən iddia yayılıb.

İddia "Bir de bizden duyun" verilişində səsləndirilib.

Deyilənlərə görə, ekran işinin baş rol aktyoru Barış Arduç serialın ssenaristi,1 uşağı olan M.A ilə gizli eşq yaşayıb.

Bir müddət sonra sevgilisi olan aktyor münasibətlər pisləşməsin deyə ssenaristlə dalaşıb, ekran işinin bitməsini istəyib.

//milli.az