"Özümü başqa tərzdə görmək istəyirəm" - Aygün Kazımova

28-02-2017, 17:24
525

 "Özümü başqa tərzdə görmək istəyirəm" - Aygün Kazımova Xalq artisti Aygün Kazımova makiyajsız fotosunu izləyiciləri ilə bölüşüb.

Müğənni payızda "Crystal hall”da baş tutacaq solo konsertinə hazırlıqların başladığını bildirib:

"Crystal hall”dakı konsertimə 6 ay qalıb. Yaradıcı işlər artıq yanvardan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Hər şeyə sağlamlığımdan başlamalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qalıb, hər şeyə burada nail olacam”.

  //Axsam.az