Tanınmış aktrisa "İçerde"də

17-02-2017, 14:28
285

Tanınmış aktrisa "İçerde"dəMəşhur aktrisa Tuba Ünsal "İçerde" serialına qatılıb.

Aktrisanın hansı rolu ifa edəcəyi hələlik bəlli deyil.

O, serialın yeni bölümünün treyleri yayımlandıqdan sonra bu barədə İnstaqram hesabında məlumat verib.

"İçerde"nin çəkilişlərindən foto paylaşan Tuba "My partner in crime" ("Mənim cinayət tərəfdaşım") başlığını yazıb.

İzləyicilər onun serialda iştirak etməsini sevinclə qarşılayıblar.

   //Axsam.az