Keçmiş deputat aktyora: "Şəxsi həyatına diqqət et"

8-02-2017, 14:24
146

Keçmiş deputat aktyora: "Şəxsi həyatına diqqət et"Keçmiş millət vəkili, aktyor Ediz Hun FİLM-SAN vəqfi tərəfindən təşkil olunan "Gənc Sənətçilərin Mədəniyyət Aləmindəki Məşğuliyyətinə Baxış" adlı tədbirdə tələbələrin qarşısına çıxıb.

Eks-millət vəkili çıxışı zamanı bunları deyib:

"Əvvəllər ulduz anlayışı var idi, amma artıq qalmayıb. 80 milyonluq ölkəmizdə ulduz olacaq sənətçi yoxdur. Sadəcə bəyənilən yaraşıqlı oğlanlar və "cici" qızlar var".

Çağatay Ulusoyu bəyəndiyini deyən E.Hun onun barəsində də danışıb:

"Daha öncə eyni çəkiliş məkanında olduğum Çağatay Ulusoyu bəyənirəm. Duruşu gözəldir, ekrana da yaraşır. Çox mədəni oğlandır. Danışdığımızda ona "şəxsi həyatına diqqət et, ardınca uğur gələcək" dedim".

Həmçinin o, Cem Yılmazın "Arif və 2016" filmində rol alacağını doğrulayıb.

 //Axsam.az