Robotlarla sevişmək mümkün olacaq - FOTOLAR

1-02-2017, 16:07
1 511

Robotlarla sevişmək mümkün olacaq - FOTOLARTexnologiya inkişaf etdikcə robotların da yeni modelləri yaranır. Ağıllı seks robotları baxın necə olacaq?

Cinsi əlaqə üçün istifadə ediləcək ilk robotlarını satışa təqdim edən RealDoll şirkəti məhsul haqqında bəzi detalları açıqlayıb.

Şirkətin səlahiyyətli nümayəndəsi Matt MakMallenin "Daily Star” verdiyi açıqlamaya görə yeni seks oyuncaqları fərdi xüsusiyyətləri müəyyən etməyə imkan verən tənzimləyicilərə sahib olacaq.

Tənzimləyicilərdə "ağıllı”, "sadəlövh”, "seksual”, "xoşrəftar” və "təvazökar” kimi variantların, hər bir variantın isə özünün müxtəlif dərəcələrinin olacağı bildirilib. Bununla oyuncağın "hiss”ləri tənzimlənəcək. Davranışları bu tənzimləyicilərlə tənzimlənən robotlar, sahiblərini sevə də biləcəklər.

Satışlara aprel ayında başlanılacaq. MakMallenin sözlərinə görə bir robotun qiyməti təxminən 12 min Avro olacaq.
............
  //Kulis.az