Dünyanın ən kök modellərindən biri: "Mən çox gözələm" - FOTOLAR

15-10-2015, 13:08
378

Dünyanın ən kök modellərindən biri: "Mən çox gözələm" - FOTOLAR
Amerikalı Eşli Qrem dünyanın ən ağırçəkili modellərindən biridir. 28 yaşlı Eşli çəkisi ilə bağlı problemlər hiss etmədiyini, özünə əmin insan olduğunu deyib.
"Qadınlar çəkilərinə görə əsla narahat olmamalıdırlar. Axı kim deyib ki, gözəl qadın mütləq arıq, sısqa, bir dəri-bir sümük olmalıdır. Mən çox gözələm və bu sözləri hər gün özümə deyirəm", - Eşli söyləyib.
ABŞ-ın Nebraska ştatındakı Linkoln şəhərində yaşayan Eşli Qrem özünə əminliyinin sirrinin iradə olduğunu da vurğulayıb: "Model karyerama başlayanda mənə gülürdülər. İndisə yüz minlərlə insan sosial şəbəkələrdə məni izləyir, mənə dəstək verir".

   //milli.az