Ərinin yeganə varisi oldu

24-05-2016, 12:11
232

Ərinin yeganə varisi olduUzun sürən xəstəlikdən sonra həyat yoldaşı Rene Andjelini itirən kanadalı müğənni Selin Dion böyük mirasa sahib olub.

Rəsmi sənədlərə görə müğənni həyat yoldaşının yeganə varisi olaraq, əmlakına yiyələnib.

Rene ilk nikahından olan uşaqlarına qarşı da səxavətli davranıb. O Kanadadakı dəbdəbəli evini onlara verib.

Müğənni iki böyük mülkü miras alıb. Onların qiyməti 45 və 25 milyon dollar təşkil edir. Mülklər satılan zaman, əldə edilən məbləğin 9 milyonunu Selin və Renenin uşaqlarının adına köçürüləcək.

Dion eyni zamanda ərinin avtomobillərinə, mebel, geyim, zinət və şəxsi əşyalarına da sahiblənib.

   //Axsam.az