“Uşaqlarım ikinci əl paltarlarla böyüdülər”

20-04-2024, 00:54
31

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Türkiyənin tanınmış aktrisası Tuba Ünsal 'Empati' verilişində "Dostlarımın paltarlarını köhnəlinə qədər geyindim, pul yığdım. Uşaqlarım da mənim kimi böyüyür. Bir paltarı satmadan digərini almırlar" deyib.

Nəzər Media.az lent.az-a istinadən bildirir ki, Ahmet Mümtaz Taylanın aparıcılıq etdiyi 'Empati' proqramının bu həftəki qonağı Tuba Ünsal olub.

Ünsal məşhur olmağın həyatına gətirdiklərindən danışaraq, "Şöhrət böyük bir od köynəyidir. Buralara necə sağ-salamat və ağlımı itirmədən gələ bildiyimi düşünəndə təəccüblənirəm. Mən atamın övladıyam. Adi bir türk ailəsində doğulan atam mənim şöhrətimdən çox əziyyət çəkdi, bütün o çılğın insanlarla çox dərdimiz oldu" - deyib.

İlk evini 17 yaşında aldığını deyən aktyor bu barədə bunları söyləyib: "Atam icazə vermədi. Mənə belə bir qayda qoydular. Tək yaşaya bilməzsən, tək yaşamaq üçün ev almalısan. Necə pul yığdım, dostlarımın paltarlarını köhnələnə qədər geyindim, bankdan kredit götürdüm və 30 kvadratmetrlik kiçik bir ev aldım. Çox yoxsulluq yaşayan insanlar mən görə bilmədim, uşaqlarım görsünlər deyərək onlarıərköyünləşdirirlər. Övladlarım ikisi də mənim kimi, birini satmadan almır, ikinci əl paltarla böyüyüblər".