Təranə Qumral: "Məni sevmədiklərinə görə əmisi və qardaşları Musa ilə danışmır" - VİDEO

20-11-2023, 11:54
230

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


"Musa Musayev olmağımda əmim Xalq artisti Niyaməddin Musayeva borcluyam".

Nəzər Media.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Musa Musayev qonaq olduğu "Gül kimi şou" verilişində deyib.

Musa bildirib ki, əmisi Niyamməddin Musayev onun başının tacıdır:

"Bizim oxuduğumuzda əmim Niyamməddin müəllimin tərzi, üslubu və bu sənətdə qoyduğu yoludur. Onun yolunu da biz davam etdiririk. O bir dağdır, biz isə onun yamacı, ətəyiyik. Əmim Niyamməddin müəllim başımın tacıdır".

Proqramın aparıcısı Cavid Gülün "Hamı sizin Xalq artisti Niyamməddin Musayevlə danışmadığınızı, küsülü olduğunuzu zənn edir" sözlərinə Musa Musayevin həyat yoldaşı müğənni Təranə Qumralın cavabı belə olub:

"Musa gənc olanda Niyamməddin müəllim ona arxa-dayaq çıxıb. Buna görə, ona təşəkkürümüzü bildiririk. Çox sağ olsun! Niyamməddin Musayev Azərbaycanın sənət əsəridir. Buna kim müdaxilə edə bilər? O, xalqın sevimli, dəyərli sənətkarıdır! Bu günləri yerindən qalxıb müğənni olmaq istəyənlər populyar olmaq üçün Niyamməddin Musayevin dəst-xəttinə, sənətinə müraciət edir. O ki qaldı Niyamməddin Musayevin Musa Musayevlə danışıb, danışmamağına... Onlar danışsalar da, danışmasalar da Niyammədin Musanın əmisidir. Danışa da bilər "ət dırnaqdan ayrılmayan kimi..."

Bəli, onlar küsülüdürlər. Musa boynuna almasa da mən deyirəm ki, Musa hazırda qardaşları ilə küsülüdür. Əmisi ilə də lazım olanda danışır, lazım olmayanda danışmır. Onlar hazırda da danışmırlar. Amma o Musanın əmisidir və dəxli də yoxdur. Onların danışmamaqlarının səbəbi mənəm. Mənə görə danışmırlar. Niyə biz bunu gizlətməliyik ki? Elin, xalqın gözü tərəzidir. Onlar məni sevmədiklərinə görə Musa ilə danışmırlar.

Qardaşlarından biri mənimlə qarşılaşanda dövrə vurub, qaçır. Amma qarşılaşsaq mən gəlib yanında oturaram. Mənə belə şeylər və heç kim, heç nə maraqlı deyil. Kim istəyir harada oturur özü bilər, mənim öz yerim var. Öz yerimdə də otururam, heç kimin yerini dar etmirəm. Kimə də yer dardısa buyurub keçə bilər başqa bir masaya.

Harada yerimi göstərirlər orada da otururam. İstəyir Könül Kərimova, istəyir Cabbar Musayev, istəyir Niyamməddin Musayev olsun... Mənə maraqlı deyil o məclisdə onlar var ya yox... Könül ilə Cabbar bir yerdədir deyə münasibət də bizlə yoxdur.

Amma mənim Könülə heç bir pisliyim keçməyib. Mən Könülü buna görə, qınamıram. Niyə? Çünki onlar bir yerdədirlərsə Cabbarın dediyini etməli və təsdiqləməlidir. O mənim dediyimi etməməlidir ki..."

Verilişin gedişatında aparıcının "Televiziyada Musayevlər ailəsini bir yerdə nə vaxtsa görə biləcəyik?" sualına Musa "Bu mümkün deyil" deyə cavab verib.

[media=]