Ayan: "İstərdim ki, o da yanımızda olsun"

17-03-2016, 16:14
354

Ayan: "İstərdim ki, o da yanımızda olsun""Devalvasiya hər kəsə təsir edib. Hətta çəkilişlərin də sayı azalıb. Yeni illə müqayisədə, Novruz bayramında çox az çəkiliş oldu".

Bu sözləri açıqlamasında müğənni Ayan Babakişiyeva deyib. İfaçı Novruz bayramı ilə bağlı fikirlərini bölüşüb:

"Novruz bizim milli bayramımız, yeni ilimizdir. Ona görə də hər zaman seçilir. Mənim üçün ən önəmlisi bayramı ailəmlə birlikdə keçirməkdir. Amma il ötdükcə yanımdakı əzizlərimin sayı azalır. Bu da məni məyus edir. Qardaşım Samir bizdən uzaqdadır. İstərdim ki, o da yanımızda olsun. Nənəm və babam da artıq bizimlə deyillər. Ona görə də bayramlarda hamıya ancaq cansağlığı diləyirəm. Böyüklərimizin dəyərini bilək".

   //axşam.az