Vəfa Zeynalova: "Uzun illər o ağrı məni incitdi..."

14-03-2016, 10:30
417

Vəfa Zeynalova: "Uzun illər o ağrı məni incitdi..."Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalova sənət sevgisindən danışıb.

Aktrisa teatr səhnəsini kino meydançasından üstün tutduğunu dilə gətirib: "Səhnə, teatr canlı ünsiyyətdir, birbaşa tamaşaçı ilə təmas qurursan. Səhnədə oynamağı kinoya çəkilməkdən üstün tutmuşam. Səhnənin aşiqiyəm. Bir dəfə tamaşada oynayırdım, qəfildən ayağıma mismar batdı. Sona qədər bunu tamaşaçıya hiss etdirmədim. Ayağımda mismarla tamaşanı axıra çatdırdım. Uzun illər o ağrı məni incitdi, hansı ki, həmin ağrını səhnədə hiss etməmişdim. Bu gün seriallara da çəkilirəm, həddən artıq dəvətlər alıram. Amma özümü teatr səhnəsində daha xoşbəxt, daha rahat hiss edirəm. Mənim yerim teatrdır".

   // publika.az