Nazilə oğlunun 8 Mart hədiyyəsindən İMTİNA ETDİ: Videonu silib, onu da qaytardım - FOTOLAR

10-03-2023, 12:18
92

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU



BUGUNBİLDİM.COM


Şairə Nazilə Səfərli kiçik oğlunun 8 Mart-Qadınlar günü münasibətilə ona aldığı hədiyyəni geri qaytardığını bildirib.

Nəzər Media.az olay-a istinadən xəbər verir ki, bu haqda o, "7 Canlı" verilişində qonaq olarkən danışıb.

Nazilə bildirib ki, bu addımı atmasına səbəb övladının sözügedən hədiyyəni sosial şəbəkədə paylaşmağa icazə verməməsi olub:

"Küsmüşəm ondan. Hədiyyəni çəkib, paylaşdım. Gəldi ki, videonu sil. Mən də videonu silib, hədiyyəsini də geri qaytardım. Dedim ki, camaat geridən tapdığı kişilərin hədiyyələrini gözə soxur. Mən halalca balamın hədiyyəsini ürəyim böyüyə-böyüyə paylaşa bilmirəmsə, sağ ol, bu hədiyyəni istəmirəm. Deyir, sevincini özün üçün yaşa. Dedim ki, dağlarda yaşasam, özüm üçün yaşayardım. Mən media insanıyam.

Həyatında bu adam yuxudan duranda yatağını yığmırdı. Səhər durub gördüm ki, yatağını yığışdırıb gedib. Mənə jest edib. Elektron saat almışdı. Yəqin ki, ona proqram yığdırmağa aparıb. Evli olan oğlum da bədən ölçülərimi istədi. Nə alıbsa, bilmirəm. Hələ gəlməyib. Gəlin də elə gözəl sözlər dedi ki, mənə. O qız mənim ömrümü yeyəcək, adam sözlərindən əriyib, gedir. Damarımı tutub".