Hüseyn oğluna toy edəcək

9-03-2023, 22:31
91

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu oğlu Məhəmmədə kiçik toy edəcək.

Nəzər Media.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə musiqiçi "7 canlı" verilişində bildirib.

Proqrama telefonla qoşulan Əməkdar artist Babək Niftəliyev Hüseynin bu yaxınlarda özünə ad günü etdiyini, lakin onu məclisə çağırmadığını açıqlayıb.

Hüseyn isə cavab olaraq "Gələn il mayın 13-də oğluma toy edəcəyəm, İnşallah dəvətlisən" sözlərini deyib.

Qeyd edək ki, Hüseyn aktrisa Aysel İbrahimova ilə ailəlidir. İfaçı oğlu olduğunu uzun müddət gizli saxlayıb. Musiqiçinin ilk həyat yoldaşından iki qız övladı da var.