“Bu, özünü öldürmək üçün səbəb deyil”

25-01-2023, 20:25
81

Aktrisa Uzel Kərimova instaqramda izləyicilərinin suallarını cavablandırıb.

Nəzər Media.az olay-a istinadən xəbər verir ki, o, hekayə bölməsindəki sual-cavabda maraqlı açıqlamalar verib. Uzel "Səni həyata bağlayan səbəb nədir" sualına bu sözləri yazıb:

"Nə yalan deyim, elə əhəmiyyətli bir səbəbim yoxdur. Amma bu, özümü öldürmək üçün bir səbəb deyil. Bizə bu həyat verilibsə, deməli yaşamalıyıq. Heç nə təsadüf deyil.

Dünyaya gəlişiniz kimi. Hər birimizin öz missiyamız var və onları ömrümüz tamamlanana qədər həyata keçirtməliyik. Ən əsası da unutmamalıyıq ki, bu həyatı özümüz üçün yaşamaqla yanaşı başqalarının da həyatında qalıcı izlər buraxa bilərik. Bu səbəbdən də özümüzü nə qədər ön planda tutsaq da, doğmalarımızı da düşünərək addımlamalıyıq. Çünki dünyamızı sevgimiz gözəlləşdirir".