Açıq ürək əməliyyatı keçirən Əməkdar artistin səhhəti necədir?

12-01-2023, 23:30
117

BUGUNBİLDİM.COM 


Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev açıq ürək əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, 70 yaşlı sənətkarın sağlamlıq vəziyyətini öyrənmək üçün bizim.media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.

Əməkdar artistin həyat yoldaşı Tamilla xanım aktyorun səhhətindən söz açıb:

"Vahid müəllim iki gün əvvəl Mərkəzi Klinikada açıq ürək əməliyyatı keçirib. Əməliyyat 5 saat çəkib. Vahid müəllim reanimasiyadadır. Ötən gün gedib ona baş çəkmişəm. Hələki onun vəziyyəti zəifdir. Nəfəsini çəkir. Həkimlər əməliyyatın uğurlu keçdiyini söyləyiblər. Əməliyyatın və klinikanın bütün xərclərini isə oğlu çəkib".