Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl - FOTOLAR

11-01-2023, 22:51
95

BUGUNBİLDİM.COM 


Kanada milli komandansının qapıçısı Milan Boryanı xatırlayırsınız? O, şimali amerikalıların DÇ-2022-də keçirdiyi hər üç matçda iştirak etdi. Qapısında 7 qol görməsinə rəğmən, komandanın turnirdə ən diqqət çəkən oyunçularından biri oldu. Qətərdəki mundialda qapıçını ən çox dəstəkləyən isə həyat yoldaşı Snejana Filipoviç (Jena) idi.

Milan Boryan Yuqoslaviyanın Knin şəhərində anadan olub. Bu şəhər 1990-cı illərdə Balkan yarımadasında gedən qanlı müharibənin mərkəz nöqtələrindən biri olub. İndi isə Knin Xorvatiyanın bir hissəsidir.

Boryan da həyat yoldaşı Snejana kimi serbdir. DÇ-2022-də onlar təkcə Kanadanı deyil, Serbiya millisini də dəstəkləyiblər. Buna görə xorvat azarkeşlər tərəfindən təhqirlərə məruz qalıblar. Turnir zamanı mobil nömrələri internetə sızdırılıb. Nəticədə onlar daha böyük kütlənin hədəfinə çevriliblər:

"Bütün gecəni bizə zəng edib, mesajlar göndərib təhqir etməyin nə mənası var? Sosial media hesablarımızı dəhşətli mesajlarla doldurdunuz. Sən xəstəsən və nifrətlə dolusan. Hər hansı bir normal insan qələbəni qeyd edərkən, siz niyə belə edirsiniz?"- deyə Snejana qəzəbli paylaşım edib.

2016-cı ildən evli olan Milan və Snejana cütlüyünün Filip adlı bir oğlu var. 2017-ci ildə Boryan "Srvena Zvezda"ya transfer olunduqdan sonra ailədə maraqlı "qarşıdurma" yaranıb. Çünki Snejana "ağ-qırmızılar"ın əzəli rəqibi "Partizan"ın marketinq direktoru vəzifəsində çalışırdı. "Jena" həyat yoldaşına görə işini dəyişməli olub. O, indi Milanın qapıçılar məktəbinin rəhbəridir. 

//publika