Məsciddə əxlaqsız FOTO çəkdirən aktrisa üzr istədi

6-01-2023, 13:40
130

BUGUNBİLDİM.COM 


Türkiyəli aktrisa Eda Taşpınar haqqında başladılan istintaq çərçivəsində ifadə verib.

Nəzər Media.az  axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın məsciddə geyilməyə uyğun olmayan libasda verdiyi pozlar olub. Bu səbəbdən Eda etdiyi hərəkətə görə, üzr istəyib.

"Orasının ibadət yeri, məscid olduğunu düşünə bilmədim. Fotoları çəkənlər də mənə bununla bağlı xəbərdarlıq etmədi. Həqiqətən peşmanam, üzr istəyirəm" deyə, o, ifadəsində bildirib.

Aktrisa ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.