"Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir" - Tanınmış müğənni

5-01-2023, 17:33
199

BUGUNBİLDİM.COM 


Müğənni Billi Ayliş ilk dəfə "Vogue" jurnalının üz qabığı videosunda yer alıb.

Nəzər Media.az  axşam.az-a istinadən xəbər verir ki, ifaçı jurnala bədəni ilə münasibəti və mübarizəsi barədə danışıb.

"Yeniyetməlikdə özümə nifrət edirdim. Bunun çoxu bədənimə olan qəzəbdən, mənə yaşatdığı ağrıdan irəli gəlirdi", - Ayliş bildirib.

Məşhurun sözlərinə görə, o bir zamanlar rəqslə məşğul olub, lakin omba zədəsi karyerasını davam etdirməsinə imkan verməyib.

"Mən bədənimin özüm olduğunu başa düşmək prosesindən keçməli oldum. Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir, onlar mənim üçün bir növ zirehdir", - deyə Ayliş vurğulayıb.

Lakin o, 2021-ci ildə "Met Gala" gecəsində dar tül don geyinərək bədəninə yanaşmasını yenidən nəzərdən keçirmək qərarına gəldiyini deyib.