"Ondan yox, özümdən gözləntim var"

4-01-2023, 23:37
125

BUGUNBİLDİM.COM 


"Zaman insan təxəyyülünün məhsuludur. Mənim illərdən gözləntim yoxdur. Özümdən gözləntim var. Çalışın hər zaman özünüzdən gözləntiləriniz olsun. Öz limitlərinizi aşmağa çalışın".

Nəzər Media.az  Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkə hesabında yazıb.

Sənətçi daha sonra "Beyninizdə ayaq dəyməmiş yerlərə addım atın. Qorxularınıza qalib gəlin. Fiziologiyamızda ən üst hissədə dayanmış, çəkisi 2 kiloqrama yaxın olan bir orqan var. Onun dilini öyrənməklə, istədiyiniz hər bir nöqtəyə çatmaq mümkündür. 2023-cü il sizin dəyişim iliniz olsun. Mənim də çoxlu məqsədlərim, arzularım, planlarım var. Gerçəkləşməsi ümidi ilə... Dəyişmək gözəldir" sözlərini əlavə edib.