“Çəkiliş adı ilə xanımları özlərinə sevgili etmək üçün bəzi rejissorlar...”

14-11-2022, 21:28
455

BUGUNBİLDİM.COM 


"Hər kəs öz işi ilə məşğul olsaydı daha yaxşı olardı. Seriallar bu dəqiqə bilirsiz necə çəkilir? Bir serial bitir, yeni başlayan serialda yenə də eyni adamlar çəkilir. 3-cü serialda yenə də həmin serialdakılar çəkilir. Rejissorlar eyni aktrisa-aktyorlarla çalışır. Aktyorları dəyişin ki, tamaşaçıların gözü yorulmasın da. Akyoru bir ampluada tamaşaçıya göstərirlər. O həm dramatik, həm də komik obrazlar oynaya bilər. Bu serialda ağlayan aktrisa, o biri serialda da ağlayır. Bəlkə də öz tanışlarıdır, öz dostlarıdır. Çox vaxt fikir verirəm bəzi rejissorlar öz yaxınlarını, dostlarını çəkir. Teatr aktyor-aktrisaları seriallarda pafossuz oynasaydılar daha gözəl olardı. Çünki pafos bizə yalnız teatrda lazım olur. Bu da tamaşaçıya öz hissiyatlarımızı çatdırmaq üçündür. Efirdən pafos lazım deyil. Sadə bir cümləni belə pafosla deyirlər. Rejissorlar ən əsas buna fikir versinlər, başqa şeylərə yox".

Nəzər Media.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra əlavə edib.

"Bəzi kino çəkənlər də var ki, yalandan adını rejissor qoyub, gündə toy kamerası ilə bir şey çəkir. Guya ki, film ərsəyə gətirmək istəyir.  Heç onların çəkdikləri efirlərə də getmir. Çəkiliş adı ilə xanımları, özlərinə sevgili edib, tora salmaq üçün bəzi rejissorlar bu kimi hallara əl atır. O rejissorlar rejissor adını batırır, dələduzluqla məşğul olurlar. Həmin aktrisalar da aktrisa adını batırır. Mən çalışdığım rejissorlardan bu haqda heç nə eşitməmişəm. Heç vaxt eşidə də bilmərəm. Çünki işlədiyim rejissorların hər biri peşəkardır, öz sözlərini deyiblər" deyə sənətçi bildirib.

Aktrisa Rəşad Dağlının qətl törətməsinə də münasibət bildirib.

"Rəşad Dağlını hər zaman mədəni, alicənab bir insan kimi tanımışıq. Heç istəməzdik ki, belə bir hadisə onun başına gəlsin. Heç kim heç nədən sığortalanmayıb. Amma Rəşad Dağlıya haqq qazandırmıram. Çünki insanı o yaratmayıb, Allah yaradıb. Canı bizə Allah verib. Rəşad söz xiridarıdır, gərək sözlə başa salardı. Allah bizə nitq verib, danışıq verib. Başa düşürəm, söyüş söyüb, üstünə gedib. Amma yenə də dilə tutmaq olardı. Biri zindana, digəri isə torpağın altına getdi. Rəşadın bu yaşında zindana düşən vaxtı deyildi. Ümid edirəm ki, ona ailəsinə, övladlarına görə az iş verərlər" deyə aktrisa bildirib.