Aparıcı ilə şayiəsi yayılan azərbaycanlı məşhur ortaya çıxdı - FOTOLAR

11-11-2022, 17:05
12 620

BUGUNBİLDİM.COM 


Uzun zamandır efirlərdən uzaq düşən əfsanəvi sənətkar Akif İslamzadə tədbirlərin birində görünüb.

Rəqqasə Fatimə korifey sənətkarı görmək fürsətini əldən verməyərək, onunla şəkil çəkdirib.

Qeyd edək ki, müğənni haqqında bu zamana kimi bir çox şayiələr yayılıb. Həmin şayiələrdən biri də onun məşhur diktor Nailə İslamzadə ilə ər-arvad olması olur. Onların soyadlarının eyni olması bu söz-söhbətə rəvac verirdi. Nailə xanım bu barədə bir müsahibəsində bunları söyləyib: "Əvvəllər Akif İslamzadəni həyat yoldaşım kimi tanıyırdılar. İslamzadə məşhur soyad idi. Akif bəyin həyat yoldaşının da adı Nailə idi. İndiyə qədər də mənə deyirlər ki, heyf, həyat yoldaşınız oxumur. Cavab verirəm ki, həyat yoldaşım heç zaman oxumayıb".

  

 //milli.az