“Mən boyda adamı görmürsən?!”

31-10-2022, 19:10
336

BUGUNBİLDİM.COM


Əməkdar artist Əkbər Əlizadə növbəsini gözləməyən şəxslərdən şikayətlənib.

Nəzər Media.az  olay-a istinadən xəbər verir ki, bu haqda o, aparıcısı olduğu "Gündən-günə" verilişində danışıb.

"Hamımızın başına gəlib, heç xoşlamadığım bir şeydir. Son vaxtlar bu qlobal bir şəkil alıb. Dayanırsan növbəyə, açıq-aşkar görürsən ki, gəlib növbədən qabağına keçirlər. Dünən də belə bir hal oldu. Deyirəm, siz növbədən kənar keçdiz. Qayıdır ki, qurban olum, başına dönüm, görmədim ki... Deyə bilmirəm ki, mən boyda adamı görmürsən?! O necə olur?", - deyə, Əlizadə vurğulayıb.