“Xəyal etmişdim ki, qaynanamla ana-qız olacağam, amma..."

29-10-2022, 17:16
25 056

BUGUNBİLDİM.COM 


"Xəyal etmişdim ki, qaynanamla ana-qız olacam. Amma qaynana-gəlin münasibəti necədirsə, elə də oldu. Nə qədər desələr ki, gəlin qaynana üçün qız olacaq, amma mümkün deyil".

Nəzər Media.az olay-a xəbər verir ki, bu sözləri Ülviyyə Xəlilbəyli "Səhər mərkəzi" proqramına qonaq olarkən deyib.

Aktrisa həyat yoldaşı Murad İsmayılla münasibətlərinə qayınanası tərəfindən müdaxilə edildiyini üstüörtülü şəkildə deyib: "Məndə biclik yoxdur. Aktrisalıq edə bilmirəm. Nəsə xoşuma gəlməyəndə, üz ifadəm dəyişir. O saat  bəlli olur. Belə deyək, bir az kinliyəm. O məndə problem yaradır. Bağışlamağı bacarmıram, bu, mənim üçün çox çətindir".