“Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif İslamzadə heç biri gedib...”

27-10-2022, 10:27
14 345

BUGUNBİLDİM.COM


"Şimali Kipr Respublikasında mənim boş vaxtım çox idi. Universitetdə çalışırdım, dərs deyirdim, daha sonra sərbəst idim. Məni itirib-axtaran yox, telefon və qapı zəngi yox, televiziya verilişi yox, müsahibə yox, bir sözlə heç bir şey yox! O zaman içində mən rahatca yaradıcılığımla məşğul olurdum. Bir sıra iri həmcli əsərlər yazdım. Mən onları çoxdan yazmaq istəyirdim, əslində o əsərlərin əsası Bakıda qoyulmuşdu. Amma Bakıda vaxtım az idi, onları bitirmək alınmırdı".

Bunu moderator.az-a açıqlamasında tanınmış bəstəkar, Xəzər universitetinin professoru Cavanşir Quliyev deyib. O, daha sonra əlavə edib.

"Hətta oradan Bakıda çəkilən iki bədii filmə musiqi yazdım. Onlardan biri "Cavid ömrü", digəri isə "Sübhün səfiri" filmi idi. Bir sıra teatr tamaşalarına musiqi yazırdım, müğənnilərlə ara-sıra işləyirdik. Amma müğənnilərlə fəaliyyətim orada yaşadığım üçün intensiv olmurdu. Mahnı elə bir şeydir ki, gərək müğənninin yanında olasan. Coğrafi ayrılıqda imkanlar geniş olmur, istədiyini edə bilmirsən. Oranın mənə xeyri çox oldu. Amma əsərlər yığıldı qaldı, orada musiqi həyatı aşağı səviyyədədir, balaca bir adadır. Teatrları yox, orkestrları yox, oradan çıxan musiqiçilər də İstanbula gedirlər, geri qayıtmırlar. Ona görə də yazdıqlarımı ifa edən birləri lazım idi. Uzun düşüncələrdən sonra belə qərara gəldim ki, mənim artıq yaşım elədir ki, bəzi şeyləri bitirmək lazımdır, bu əsərləri ifa etmək, baletləri səhnəyə çıxarmaq lazımdır. Gənc olsaydım bəlkə də qalıb yaşayardım. Onun üçün də mən burada olmalıyam, çünki o ifaçılar buradadır. Azərbaycana qayıtma səbəbim bu oldu. Oktyabr ayının 14-də yaradıcılıq gecəm keçirildi" deyə bəstəkar bildirib.

 Cavanşir Quliyev yeni yazılan mahnılardan da danışıb.

"Bu gün işin təsərrüfatı dəyişib. 25-30 yaşlarımda bir kanal var idi və o kanalın musiqi redaksiyası mövcud idi. O redaksiyanın işçiləri-redaktorlar, rejissorlar, prodüsserlər mənə, mənim yaşımda olan bəstəkarlara kifayət qədər ciddi yanaşırdılar. Onlara zəng vurub deyirdim ki, bir gənc müğənni var, hesab edirəm ki, gələcəkdə yaxşı müğənni ola bilər. Yavaş-yavaş onu efirə buraxmaq lazımdır ki, studiyaya, kameraya alışsın. Mənə demirdilər ki, gətir baxaq. İndi xahiş etsəm deyəcəklər ki, gətirin baxaq. Bax bu yolla Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif İslamzadə başladı. Heç biri gedib televiziya kanallarının qarşısında boynunu büküb gözləmədilər. Hamısı açıq darvazadan içəri girdi. Niyə? Çünki müğənnilərin arxasında bəstəkarlar var idi. Çünki kanal bu bəstəkarları dinləyirdi" , - o bildirib.

Cavanşir Quliyev bildirib ki, bir o qədər də çox müğənni ilə çalışmayıb.

"Əsərlərimi ifa edən müğənnilərin sayı çox deyil. 5-6 nəfəri saymaq olar. Çünki mən hər zaman müğənniləri də seçirdim, şeiri də. Tələbə vaxtından müəllimlərim mənə deyib ki, əgər sən istəyirsənsə əsərin keyfiyyətli olsun, başlayanda keyfiyyət axtarmalısan. Sözdə də, ifaçıda da. Keyfiyyətsiz ifaçı nə qədər yaxşı mahnı olursa-olsun onu üzə çıxarda bilməz. Hər zaman müsahibələrimdə deyirəm ki, mənə yaxşı yox, çox yaxşı müğənni lazımdır. Belə oldu Aygün Kazımova, Brillant Dadaşova, Akif İslamzadə, Zülfiyyə Xanbabayeva üzə çıxdı. Təbii ki, onlarla bu gün də münasibətlərim davam edir. Mən heç vaxt, heç bir müğənnini yarı yolda buraxmaram, davamlı işləyəcəyik" deyə o bildirib.

Bəstəkar Şuşa xatirələrini də bizimlə bölüşüb.

"Əslində Şuşa mənim uşağlığımın ikinci şəhəridir. Şəki mənim doğma şəhərimdir, amma yay aylarında Şuşaya hər il ailəlikcə gedirdik. O dağları, çölləri əzbərdən bilirdim. Mən də məktəbli idim. O vaxt Şuşanın işğal xəbəri gələndə çox pis vəziyyətə düşdüm. İllər sonra Şuşanın işğaldan azad olunması xəbəri mənə çox böy...