Nazilə Səfərli pulunu əsasən nəyə xərclədiyini açıqladı

26-10-2022, 23:53
296

BUGUNBİLDİM.COM


"Yayın sonlarında İstanbula şoppingə getdim. Ev əşyalarını aldım. Bu il geyimə pul xərcləməyəcəyəm. Çünki qarderobumda həddən çox geyim var. Onların heç üzərində olan "etiket"lər belə açılmayıb". 

Nəzər Media.az  xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində şairə Nazilə Səfərli deyib. 

Sənətçi bildirib ki, hazırda qazancını geyimlərə yox, evinin təmirinə xərcləyir.  

"Pandemiya bizi bu vəziyyətə saldı. 40 paltarım heç paketlərdən açılmayıb. Geyimlərimin qiymətinə gəldikdə isə, onu deyə bilərəm ki, qabağa düşmüşəm. Çünki pandemiyadan əvvəl geyimlərin qiyməti kifayət qədər ucuz idi. İndi isə üç qat bahadır. İndi geyim almaq sərf etmir. Əvvələr el şənliklərində az işləyib, çox qazanırdıq. Pandemiyadan sonra isə çox işləyib, az qazanırıq. İndi pulumu evimin təmirinə xərcləyirəm".