"Səmədin öldüyünü deyəndə bacımı vurdum" - VİDEO

23-02-2022, 21:19
109

BUGUNBİLDİM.COM



"Tək yolum qəbiristanlıqıdır. Ora gedirəm. Maşın çağırıram ancaq qəbiristanlığa gedirəm. Həyatımı yenidən başlasaydım, yenə Səmədlə həyat qurardım".

Nəzər Media.az axşam.az-a istinadən xəbər verir ki, bu szöləri mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə xanım "O üz" proqramında deyib. O, müğənni ilə bağlı xatirələrini bölüşüb:

"Cavanlıqda çətinlik çəkmişik. Kimsə istəmirdi, nəsə deyirdi. Amma 45 il yaşadıq. O rəhmətə gedəndə burada yox idim. Ayın 23-də səhər 6-da sonuncu dəfə onunla danışdım. Qızım zəng edəndən sonra bacım evdə interneti söndürdü. Mənə dedi ki, işləmir, indi düzəldəcəklər. Başladım ki, başa düşürsən, orada xəstə adam var, bilməliyəm necədir. Sonra dedi ki, İradə, Səməd yoxdur. Bacımı vurdum ki, dəlisən, nə danışırsan. Dedi, rəhmətə getdi.

Deyirlər, o dünyada insanlar bir-birini tanımırlar. Amma onunla görüşməyə hazıram".
[media=]