Tərəf müqabili oldular

31-01-2022, 00:19
282

BUGUNBİLDİM.COM



Türkiyəli məşhur aktyor Erdal Beşikçioğlunun yeni layihəsi bəlli olub.

Nəzər Media.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor "Hakim" adlı serialda baş rollardan birini canlandıracaq. Ekran işində Erdalın tərəf müqabili həmkarı Ebru Özkan Saban olacaq.

Serial daha əvvəl ABŞ-də yayımlanan "Yor honor" adlı ekran işinin ssenarisi əsasında lentə alınacaq.

Qeyd edək ki, Erdal hazırda "Bergen" filminin çəkilişlərində rol alır. O, ekran işində mərhum müğənni Bergeni 30 yaşında olarkən qətlə yetirən əri Halis Serbesi canlandır.

Ebru isə "Hekimoğlu" serialında İpek obrazına həyat verir.