Azərbaycanın ilk gəmisi suya buraxıldı

25-11-2015, 22:13
356

Azərbaycanın ilk gəmisi suya buraxıldı Azərbaycanın ilk milli sərnişin gəmisi suya buraxılıb.

Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ninXeber sifarişi ilə tikilən 3 sərnişin gəmisindən ilki demək olar ki, hazırdır. Bu gəmi ölkə tarixində tamamilə yerli istehsal olan ilk sərnişin gəmisi kimi qalacaq. Onun adı da simvolik seçilib.

Tam olaraq Azərbaycanda istehsal olunan ilk gəmiyə "Üfüq” adı verilib. Uzunluğu 38 metr, sərnişin tutumu 80 nəfərdir. Gəminin suya salınması xüsusi əməliyyatla baş tutub. "Üfüq” zavodun yedək gəmisinin yardımı ilə körpüyə yan alıb və suya buraxılıb. Amma hələ gəmidə tamamlama və avadanlığın qurlaşdırılması işləri aparılacaq.

"Üfüq” körpüdə və dənizdə sınaqlardan keçərək, dekabrda sifarişçiyə, yəni "Xəzər Dəniz Gəmiçiliyi” QSC-ə təhvil veriləcək. Sifariş olunan digər iki gəminin isə gələn il hazır olacağı planlaşdırılır. Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Sərnişin gəmiləri saatda 40 kilometrə yaxın sürət yığa biləcək. Bu mövcud gəmilərilərlə müqayisədə 2 dəfə çoxdur. Bu gəmilər sərnişinlərdən başqa 10 tona qədər yük də götürə bilir.

Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və rahat çatdırılması təmin ediləcək.

   //ANS