"Ordumuzun göstərdiyi şücaət" mövzusunda tədbir keçirilib

14-11-2015, 12:55
401

"Ordumuzun göstərdiyi şücaət" mövzusunda tədbir keçirilibMüstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlığın gənclər arasında təbliği
2015-ci il noyabrın 12-də saat 1300-da Sumqayıt şəhəri Təbiət Elmlər Təmayüllü Gimnaziyasında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqların təbliği” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qarabağda erməni quldur dəstələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlar çərçivəsində 1993-cü ilin mart- aprel aylarında Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun əli silah tutmayan 60 min dinc əhalinin soyqırımdan xilas etmiş müharibə veteranı iştirak etmişdir.
Tədbir zamanı Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlara həsr olunmuş məruzə və müharibə də iştirak etmiş veteran və dəvət olunmuş qonaqların çıxışları dinlənilmiş və "Mühasirə" adlı qısametrajlı sənədli filmin primiyerası baş tutmuşdur.
Keçmişimizdən bizə yadigar qalan və hərb tariximizin şərəfli səhifələrini yaşadan Kitabi-Dədə Qorqud, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlıq dastanlarımız mövcuddur. Biz öz qəhrəmanlıqları haqqında belə gözəl dastanlar yazılan millətin övladlarıyıq və belə yüksək fikirlərə layiq olan millət ancaq qəhrəman millətdir.
Bu gün cəmiyyətdə Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatları və onların nəticələri, hərbi hissələrin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında müsbət fikirlər səsləndirilir. Bu fikirlər müharibə vəziyyətində olan respublikamızın vətəndaşlarının və xüsusilə hərbi çağırışa hazırlaşan yetişməkdə olan gənc nəsldə vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edir. Düşünürəm ki, bu səpkidə mövzular Kütləvi informasiya vasitələri və mətbuat səhifələrində daha tez-tez işıqlandırılmalıdır.
Hər bir doyüşdə qəhramanlıq, fədakarlıq, şücayət, igidlik, vardır. Azərbaycan ordusunun formalaşmağa başladığı ilk illərdə yaradılan N saylı hərbi hissələr yuxarıda adları qeyd olunan bölgələrdə qəhrəmancasına döyüşərək düşmənə bacardıqları qədər müqavimət göstərmişdilər.
Bizim qəhrəmanlıq səhifələrimizi təbliğ etmək məqsədi ilə hər bir kəs öz peşəsi sahəsində imkanlarından bacarıqla istifadə edərək Milli Ordumuzun müasir dövrdə baş verən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqları işıqlandırmalı, sənədli və bədii filmlər, rəsmlər çəkilməli, povestlər yazılmalı, qəhramanlıq simaları yaradılmalı və əbədiləşdirilməlidir.
Tədbirdə Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, Azərbaycan Respublikası Müharibə Veteranı və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Qırmızı ulduz ordenli, e.o. polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən "Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqların gənclər arasında təbliği” mövzusunda layihənin icraçısı Türkan Novruzovanın, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədovun, 6e sinif şagirdi Səbinə Bağırzadə və 7 f sinif şagirdi Nəsibə Məmmədlinin çıxışları dinlənilmiş, "Mühasirə” adlı qısametrajlı sənədli film, söz və musiqisi e.o. polkovnik Ə.Qənizadə in "Briqada" adlı videoklip nümayiş olunmuşdur

Sumqayıt şəhəri Təbiət Elmlər Təmayüllü Gimnaziyasında "Ordumuzun göstərdiyi şücaət" mövzusunda tədbir keçirilmişdir.
Sumqayıt şəhəri Təbiət Elmlər Təmayüllü Gimnaziyasında 'Ordumuzun göstərdiyi şücaət' mövzusunda tədbir keçirilmişdir.

  //Nəzər Media.az