Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.
Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün müəyyən pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.
Bəs mütəxəssislər "güclü qida" anlayışını necə başa düşürlər?
Layihə müəllifləri deyiblər: "Biz əmin olduq ki, rasionda fastfudun və rafinə edilmiş şəkərin miqdarını azaltmaq, vitaminlərlə, bəsləyici maddələrlə və sellülozla zəngin məhsulların payını artırmaq lazımdır".
Tədqiqatçılar əlavə ediblər ki, güclü qida xüsusən qadınları arzuolunmaz psixi pozuntu əlamətlərindən müdafiə edir.
//AzərTAc
104 nəfər qanunsuz mühacir saxlanılıb
Motosiklet və avtomobil toqquşdu: 1 yaralı
Hindistanda 7 nəfər üsyançı öldürüldü
İki motosiklet toqquşdu: 1 ölü, 3 yaralı
39 nəfər qanusnuz mühacir saxlanıldı
Yol qəzası: 4 yaralı
İsrailin hücumları səbəbindən Qəzzada 13 fələstinli həyatını itirdi
İsrail Hizbullahın hərbi hədəflərinə zərbələr endirdi
İki mikroavtobus toqquşdu: 7 yaralı
Husilər ABŞ və İsrail gəmilərinə hücum edib
50 nəfərdən çox qanunsuz mühacir itgin düşdü
Türkiyə Ruttenin namizədliyini dəstəkləyir
İndoneziyadakı vulkan yenə də aktivləşdi
Ayı hücumuna qarşı sünü zəka proqramı
ABŞ Prezidenti və Qətər əmri arasında telefon danışığı olub