Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO

10-09-2015, 12:49
537

Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO

Daha dik və möhkəm ombaya sahibi olmaq əslində heç də çətin deyil. Evdə edə biləcəyiniz bir neçə rahat məşqlə ombalarınız asanlıqla formaya düşə bilər. Nəzər Media.az lent.az-a istinadən məşq formalarını sizə fotolarla bərabər təqdim edir.

Məşqin ilk forması: Yan üstə uzanın və dizlərinizi yüngülcə qarına doğru çəkin. Yuxarıdakı dizinizi 10-15 sm-dək yuxarı qaldırın. Ancaq ombanın geriyə getməməsinə və ayaqların bitişik olmasına diqqət edin. Eyni hərəkəti digər yanınız üstə uzanaraq təkrar edin. Bunu 30 dəfə təkrarlayın.
 
Məşqin ikinci forması: Yan üstə uzanın və üstdəki ayağınızı bacardıqca çox uzatmağa çalışın. Digər yanınız üstə uzanaraq bunu təkrarlayın. Eyni hərəkəti 30 dəfə edin.
 
Məşqin üçüncü forması: İməkləmə mövqeyində durun və ayaqlarınızdan birini 90 dərəcə bükün (dizdən yuxarı hissəni düz yuxarı uzadın). Bu formada ayağınızı tavana vururmuş kimi yuxarıya doğru itələyin. Digər ayağınızla da eyni hərəkəti edin. Bunu 30 dəfə təkrarlayın.
 
Məşqin dördüncü forması: Üz üstə mövqedə əlləriniz bir-birinə bitişik formada, ayaqlarınızsa bir az araları bütün bədəniniz qollarınızla  eyni ölçüdə ayaqlarınız üzərində durun. Sinəniz, qılçalarınız və diziniz eyni ölçüdə olmalıdır. Bu formada 20 saniyə dayanın. Səhəri gün də eyni formada 20 saniyə durun. Digər günlərdə saniyələri 10-10 artırın.
 

Məşqin beşinci forması: Arxası üstə uzanın, dizləriniz bükülü ayaqlarınız yerlə təmas halında iki diziniz arasına qatlanmış dəsmal yerləşdirin. Bu formada ombanızı yuxarı qaldırın. Lakin elə edin ki, dəsmal olduğu kimi qalsın. Sonra ombanızı yüngülcə aşağı endirin, lakin çalışın yerə dəyməsin. Bunu 30 dəfə təkrarlayın.
Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO
Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO
Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO
Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO
Dik və möhkəm omba arzulayanlara 5 HƏRƏKƏT - FOTO