İnternet təhdidləri sahəsində əsas trendlər bəlli olub

29-03-2018, 10:44
188


"DDoS" hücumlarına qarşı mübarizə və internet resurslarının əlçatanlığının təmini üzrə ixtisaslaşmış "Qrator Labs" şirkətinin yeni araşdırması veb-resursların əlçatanlığı və təhlükəsizliyi sahəsində əsas tendensiya və problemləri təsvir edir.

Ekspertlərin sözlərinə görə, 2017-ci il şəbəkə və marşrutlaşdırma ili olub.

"2016 və 2017-ci illər arasında əsas fərq ondadır ki, hakerləri artıq müxtəlif qurğulara müdaxilə deyil, "bulud" və "əşyalar interneti"nə yönəlmiş hücumlar maraqlandırır" - "Qrator Labs" şirkətinin baş direktoru və qurucusu Aleksandr Lyamin deyib. - "Əşyalar interneti" hakerlərə minlərlə tamamilə işlək qurğuya eyni zamanda müdaxilə imkanı verir və çox vaxt belə hücumlar nəzərə çarpmır. Biz 2018-ci ildə "bulud" və platformalara qarşı belə hücumların tezliyinin artacağını düşünürük".

"Qrator Labs" şirkəti çoxlu sayda müdaxilə halları qeydə alıb və şirkətin nümayəndəsi bildirib ki, 2017-ci ildə müxtəlif növ avadanlığın müxtəlif növ kiberhücumlar qarşısında həssaslığı məlum olub. Gələcəkdə köhnə proqram təminatı və avadanlıqla bağlı daha çox insident gözlənilir.

//milli.az