Balıq qida rasionumuzda həftədə iki dəfə mütləq yer almalıdır. Çünki orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngindir. Adətən balıqdan qızardılmış formada istifadə edirik. Mütəxəssislər isə bütün qızartmalarda olduğu kimi, balığı qızartmağın da məsləhət olmadığını bildirirlər. Milli.Az ailem.az-a istinadən ləzzətli balıq şorbasının hazırlanma qaydasını təqdim edir.
Lazım olanlar:
350 qram levrək balığı (dəniz bassı)
2 xörək qaşığı kərə yağı
Yarım kərəviz
1 soğan
1 kök
2 ədəd bibər
5 diş sarımsaq
1 xörək qaşığı un
6 stəkan su
Duz, istiot
Şüyüd
Hazırlanması:
Kərəviz, soğan, sarımsaq və kökü rəndələyib, soğanı doğrayın. Daha sonra onları yağda qovurun və unu da ora töküb qovurmağa davam edin. Suyu əlavə edib 30 dəqiqə qaynadın. Balığı kiçik kvadratlar formasında doğrayıb, qazana tökün. Duz və istiotu da vuraraq, şorbanı 10 dəqiqə balıqla birlikdə qaynadın. Doğranmış bibər və şüyüdlə isti-isti servis edin.
Nuş olsun!
//milli.az
``Baku EduEXPO-2024`` -ün rəsmi açılış mərasimi baş tutdu-FOTOLAR
Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
Son 5 ayda ilk dəfə qazın qiyməti qalxdı
Maqsud Adıgözəlov: “Neftçi"ni udmalı idik və bu vəzifənin öhdəsindən gəldik”
Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər
Yol qəzası: 4 yaralı
Avtomobil və motosiklet toqquşdu:1 yaralı
Tur mikroavtobusu və minik avtomobili toqquşdu:2 yaralı
Əfqanıstanda daşqın: 17 ölü
İsrail ordusunun hücumu zamanı 4 nəfər öldü
İspaniya Kralı İlham Əliyevi təbrik edib
"Neftçi" Avrokuboklardan kənarda qaldı-YENİLƏNİB-3
"Zirə" mövsümü gümüş medallarla yekunlaşdı-YENİLƏNİB-3
"Sumqayıt" avrokuboklara vəsiqə qazandı-YENİLƏNİB-2