Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb. Söhbət "AOL Instant Messenger" ("AIM") xidmətindən gedir. Sözügedən messencer 15 dekabr tarixində rəsmi bağlanıb.
Hazırda "AIM" servisində bütün fərdi məlumatlar, həmçinin yazışmalar silinib. Bu halda istifadəçilər bundan sonra da "aim.com" domenində elektron poçtdan istifadə edə biləcəklər.
"AOL" internet nəhəngi tərəfindən hazırlanmış "AIM" messenceri 1997-ci ildə istifadəyə verilib. 2012-ci ildə "Windows" üçün sonuncu versiya təqdim olunub, "iOS" və "Android" mobil platformaları üçün versiyalar 2017-ci ilin yayında yenilənib.
2006-cı ildə amerikalı internet istifadəçilərinin 50%-dən çoxu "AIM" messencerindən istifadə edirdi. Həmin vaxtlar servis "Microsoft" şirkətinə məxsus "MSN Messenger", "Yahoo! Messenger" və "ICQ" ilə rəqabət aparırdı. "Google Chat" və "Hangouts", "Skype", "Twitter", "Facebook Messenger", "WhatsApp" və "LinkedIn" kimi layihələrin istifadəyə verilməsindən sonra "AIM"-in populyarlığı son dərəcə azaldı.
//milli.az
Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər
İki avtomobil toqquşdu: 4 yaralı
Nigeriyada mədən bölgəsinə hücum: 40
Zəncirvari qəza: 2 yaralı
İsrail hava hücumları zamanı 7 nəfər öldü
Zəncirvari qəza: 35 yaralı
Silahlı insident: 1 ölü
Avstraliya və Yeni Zellandiya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyyə edir
Evakuator dərəyə aşdı:2 yaralı
6 nəfər PKK terrorçusu zərərsizləşdirildi
Motosiklet və yük maşını toqquşdu: 1 yaralı
Pakistanda hava 1 həftə məktəbdə tədrisə ara veriləcək
19 nəfər qanusnuz mühacir saxlanıldı
16 nəfər qanunsuz mühacir saxlanıldı
Avtomobil aşdı: 5 yaralı